Azərbaycanda dövlət tenderlərindən böyük məbləğli safarişlər əldə edən daha bir şirkət aşkar edilib.
“Unisell” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“A4 Plaza” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
“Sabiroğlu” MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
Ədliyyə Nazirliyinin tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
"AZAL"ın tenderlərini kimlər udur? - SİYAHI, MƏBLƏĞLƏR
Qısa müddətdə 60-a yaxın tender – 10 milyonluq sifariş – ƏKSƏRİYYƏTİ İCRA HAKİMİYYƏTİ VƏ NAZİRLİKDİR - SİYAHI
Göyçayda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Astarada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu – «Minera» MMC-dir (VÖEN: 1501962641).
Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 41 milyon 976 min 181 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 10 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4 milyon manatdır.
«Minera» MMC-nin cəmi iki sifarişçisi var - Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Bakı Nəqliyyat Agentliyi. «Minera» MMC 10 tenderdən 7-ni Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan udub – 23 milyon 703 min 120 manat. Bu isə ümumi tenderlərin 56 faizi deməkdir.
Şirkət Bakı Nəqliyyat Agentliyindən isə 10 tenderin 3-nü qazanmaqla agentlikdən 18 milyon 273 min 61 manat əldə etmiş sayılır. Bu da qazanılmış ümumi tenderlərin 43 faizi deməkdir.
Xatırladaq ki, «Minera» MMC 2011-ci ildə yaranıb (qeydiyyat tarixi 22.12.2011), hüquqi ünvanı Bakı şəhər, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi 90 ünvanında yerləşir. Nizamnamə kapitalı 110 manat, qanuni təmsilçisi isə Əsgərova Mətanət Talıb qızıdır.