Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Qubadlı rayonunda kənd yaşayış məntəqələri daxilində evlərin tikintisi ilə bağlı 2 tenderə yekun vurub.
Bu şirkət layihə-smeta sənədləri müqabilində 866 min - QAZANACAQ
Bu şirkətlər Qarabağda 57,9 milyonluq tikinti və layihələndirmə - İŞLƏRİ GÖRƏCƏK
FED.az xəbər verir ki, hər 2 tenderi “Amal Group” MMC şirkəti udub.
Belə ki, şirkət dövlət qurumu ilə “Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması” tenderi üzrə 24 286 451 AZN, “Qubadlı rayonu, Zilanlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması” tenderi üzrə isə bir qədər az 24 159 547 AZN dəyərində müqavilələr bağlayıb.
Toplamda adı çəkilən şirkət dövlət qurumundan 48 445 998 AZN dəyərində sifariş qəbul edib.
Qeyd edək ki, “Amal Group” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan İbrahimli Asif oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ev 44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə ünvanında yerləşir.