“İnnovasiya və Təchizat Mərkəzi” dərman vasitələrinin satın alınması üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən “Ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətə 3 milyon 838 min 441,47 manat ödəniləcək. Ehtimal olunan qiymət isə 26 milyon 366 min 9,27 manat idi.
Şirkət bundan öncə də “İnnovasiya və Təchizat Mərkəzi” tərəfindən “Güclü təsiredici və psixotrop dərman vasitələrinin satın alınması” ilə bağlı keçirilmiş 11 milyon 947 min 527,42 manat dəyərindəki tenderin qalibi tenderinin qalibi olub.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.