“İnnovasiya və Təchizat Mərkəzi” tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Güclü təsiredici və psixotrop dərman vasitələrinin satın alınması” ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.
Qalib “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqavilənin dəyəri 11 milyon 947 min 527,42 manat təşkil edir. Ehtimal olunan qiymət isə 13 milyon 783 min 061,77 manat idi.
Şirkət bundan öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 273 min 75,6 min manat dəyərindəki Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən hemodializ tibbi sərf materiallarının satın alınması tenderinin qalibi olub.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.