Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti ““İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin binasının fasadında təmir işləri” tenderinin nəticələrini elan edib.
Bu şirkət Qarabağda təmir işlərindən 2,2 milyon - QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Euroglass Art” MMC olub.
Qalib şirkətlə 4 475 000 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 19.08.2024-cü il tarixli 3-21-1/2-15160/2024 nömrəli məktubuna əsasən bu tenderi dövlət satınalmaları portalından kənar elan edib.