Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir işləri ilə bağlı 4 tenderə yekun vurub.
“Bakı Konqres Mərkəzi”ni bu şirkət təmir edəcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, sözügedən tenderləri “Ideal TM” QSC şirkəti udub.
Qalib şirkət dövlət qurumundan ümumilikdə 2 200 000 manat dəyərində sifariş alıb.
Qeyd edək ki, “Ideal TM” QSC-nin nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur.
Satınalma predmeti və məbləğlər haqqında daha detallı :
№ |
Satınalma predmeti |
Məbləğ |
1 |
Xocalı şəhər körpələr evi - uşaq bağçasının əsaslı təmiri |
270 000 AZN |
2 |
Xocalı şəhər tam orta məktəbin əsaslı təmiri |
730 000 AZN |
3 |
Xankəndi şəhəri, Kərkicahan qəsəbə körpələr evi-uşaq bağçasının əsaslı təmiri |
460 000 AZN |
4 |
Xankəndi şəhəri, Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri |
740 000 AZN |