“Azərişıq” ASC “Kəlbəcər, Laçın, Qubadlı, Ağdam, Salyan, Ağstafa, Yevlax rayonları və Gəncə şəhəri ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işləri” tenderinin nəticələrini elan edib.
Cəbrayılda elektrik təchizatı ilə bağlı 3,8 milyonluq tenderə - YEKUN VURULDU
FED.az xəbər verir ki, tenderin qalibi “Şans Constructıon” MMC olub.
Qalib şirkətlə 9 040 811 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Şans Constructıon” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səyavuş Abbasov Şahid oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, m. 64 ünvanında yerləşir.