“Azərişıq” ASC “Cəbrayıl şəhəri ərazisində tikintisi davam edən yaşayış kompleksinin elektrik təchizatının təmin olunması məqsədilə 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və yeni tikilmiş "Cəbrayıl Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi" ilə əlaqələndirilməsi işləri” tenderinin nəticələrini elan edib.
Kəlbəcərin 3 kəndinin elektriklə təminatı 5 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Şans Constructıon” MMC olub.
Qalib şirkətə 3 828 816 manat ödəniləcək.
Qeyd edək ki, “Şans Constructıon” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səyavuş Abbasov Şahid oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, m. 64 ünvanında yerləşir.