Cari ilin avqust ayında Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə emal olunmuş dollarla ödəniş əməliyyatları 17,4 min ədəd təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 3,7 min ədəd və ya 27% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 13,7 min ədəd olub.
Aylıq müqayisədə isə 1,4 min ədəd,7,4%-lik azalma qeydə alınıb.
İyul ayında olan dollarla ödəniş əməliyyatlarının sayı 37 760 min ədəd təşkil edib.