“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC təhsil obyektlərinin tikintisi üçün açiq tender elan edib.
FED.az xəbər verir ki, tender 5 lotdan ibarətdir.
Tenderlərə təzəcə başlayıb – ARTIQ 8 MİLYONLUQ MÜQAVİLƏSİ VAR
Lot- 1. Nəsimi rayonu, 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən tikilməsi işlərinin satın alınması.
Təhsil Nazirliyi yeni məktəblərin tikintisi üçün - MÜQAVİLƏLƏR BAĞLAYIB - MƏBLƏĞLƏR
Lot- 2. Xətai rayonu, 263 nömrəli orta məktəbin üçmərtəbəli koprusunun bərpagücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni korpusların tikilməsi işlərinin satın alınması.
"MİDA" biri 759 manatdan - BÖYÜK MİQDARDA KOMBİLƏR ALIB
Lot- 3. Sabunçu rayonu, Zabrat qəsəbəsində 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikilməsi işlərinin satın alınması.
Lot- 4. Sabunçu rayonu, Zabrat qəsəbəsində 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikilməsi işlərinin satın alınması.
Lot- 5. Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikilməsi işlərinin satın alınması.
"MİDA"nın böyük tenderini - BU ŞİRKƏT QAZANDI
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar.
Azərbaycanda dövlət tenderini udan şirkət - ONDAN İMTİNA EDİB
Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsil təqdim edə bilərlər. (əlaqələndirici şəxsƏhməd Məmmədov, 496-52-05).
İştirak haqqı hər bir lot üçün 1000 (bir min) manatdır. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat – Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/H- AZ22IBAZ 38030019446253269215
VÖEN- 1702563281
Kod- 805625
VÖEN-9900001881
M/h-AZ03NABZ 01350100000000002944
SWİFT- IBAZAZ2X
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının müvafiq sahədə fəaliyyət göstərməsinə icazə verən lisenziya; iddiaçının bu sahədə peşəkarlığını əks etdirən məlumatlar:
- əsas işçi heyəti və idarəetmə aparatında çalışanların ixtisasları və iş təcrübələri barədə məlumat;
- iddiaçının texniki imkanları (inzibati və istehsalat sahələri, nəqliyyat vasitələri və digər avadanlıqları) barədə məlumat;
- son 3 ildə iddiaçı tərəfindən icra edilmiş oxşar layihələr barədə məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 23 iyun 2020- ci il saat 11.00-a, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 2 iyul 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 3 iyul 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 50-1.1-ci maddəsində göstərilən meyarlara uyğun gələn iddiaçılar iştirak edə bilərlər.