"Bakubus" MMC paytaxtda ictimai nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində daha bir mühüm layihəyə start verir.
Metropoliten genişləndirilir: 35 milyona yeni tunellər və stansiyalar yaradılır
FED.az xəbər verir ki, şirkət Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yeni avtobus parkının tikintisi ilə bağlı tenderə yekun vurub.
Tikinti işlərinin icrası üçün keçirilmiş tenderin qalibi “Bakıyaşayıştikinti” MMC (VÖEN: 1000510401) olub.
Qalib şirkətlə 12 922 360 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “Bakıyaşayıştikinti” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 197 396 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Maarif Rəhimli Müzəffər oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Məktəb, ev 4A ünvanında yerləşir.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).