"Bakı Metropoliteni" QSC Bakı şəhərinin nəqliyyat infrastrukturunu genişləndirmək məqsədilə iri həcmli tenderin nəticəsini elan edib.
14 milyonluq alış dayandı: Nazirliyin tenderləri niyə ləğv edildi?
FED.az xəbər verir ki, qurum 35,4 milyon manatlıq müqavilə çərçivəsində metronun genişləndirilməsi və yenidən qurulması üzrə layihələndirmə xidmətlərinin satınalınmasına qərar verib.
Tenderin qalibi “Yüksel Proje” MMC (VÖEN: 1406881131) olub. Şirkətə həvalə edilən işlərə Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyalarının, eləcə də bu xətləri bir-birindən ayırmaq üçün lazım olan konstruktiv və texniki həllərin layihələndirilməsi daxildir. Bundan əlavə, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının da layihələndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Yüksel Proje” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mukremin Ersendir. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Xanım Səfərəliyeva, ev 18A ünvanında yerləşir.