"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (VÖEN – 1702563281) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 64 951 891 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 16 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 9 743 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Xələf Şıxəliyev - Mühəndis
[email protected]
+994 50 612 15 27
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 mart 2026-cı il tarixinə qədər İstiqlaliyyət 18 ünvanına təqdim edə bilərlər.











