"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC (VÖEN – 1702563281) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların (tullantı qabları və aksesuarları) alınmasıdır. Ehtimal olunan qiymət 23 863 428 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 11 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 3580 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Xələf Şıxəliyev - Mühəndis
[email protected]
+994 50 612 15 27
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 11 mart 2026-cı il tarixinə qədər İstiqlaliyyət 18 ünvanına təqdim edə bilərlər.











