Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – Mühəndislik Layihəsi üzrə məsləhət xidmətlərinin satın alınması” ilə bağlı müqavilə imzalayıb.
FED.az xəbər verir ki, satınalma “Bir mənbə” metodu ilə həyata keçirilib.
Layihənin icrası üçün müqavilə “Metro İstanbul A.Ş.” ilə (VÖEN: 4810041001) bağlanıb. Müqavilənin ümumi məbləği 586 min 500 manat təşkil edir.













