Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən tenderin nəticələri açıqlanıb.
Təcili yardım maşınlarını təmir edəcək şirkətə 700 mindən çox - PUL ÖDƏNƏCƏK
FED.az xəbər verir ki, sözügedən tender universitet üçün məsləhət xidmətlərinin satın alınması üçün keçirilib. Tenderin qalibi "Ken Digital LTD" şirkəti olub. q
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 142 800 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, "Ken Digital LTD" 26 iyun 2023-cü ildə yaradılıb və baş ofisi İngiltərənin Koventri şəhərində yerləşir. Şirkət, müasir rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən və müxtəlif xidmətlər təqdim edən bir qurum olaraq tanınır.













