“Azərişıq”ASC “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900069391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065
Müsabiqənin başlama tarixi və vaxtı: 18.08.2023 12:40
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.09.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.09.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 02.10.2023 15:00
Hesab nömrəsi: AZ83AIIB33020029441802068118
Bankın adı: KAPİTAL BANK GƏNCLİK FİLİALI
Bankın kodu: 200189
Müxbir hesab: AZ37NABZ0135010000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AİİBAZ2X
Ödəniş şərtləri - Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
Çatdırılma yeri - Ağdam şəhəri
Çatdırılma müddəti - 8 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;
İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat;
İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün sözü gedən sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elektrik mühəndislərin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olmağı vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 35kV-luq yarımstansiyaların, Rəqəmsal şəbəkələrin qurulması, elektrik verilişi xəttlərinin tikintisi və yenidənqurulması üzrə hər birinin ümumi məbləği 3 milyon AZN-dən az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa vurmuş olmalı və təsdiqedici sənədləri təqdim etməlidir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;
Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd
Tender təklifi
Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Namik Heybətov, Şöbə rəisi
Email: [email protected]
Əlaqə telefonu: 012 440 39 93 (daxili 92-19)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.