“Azərişıq” ASC daha bir iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, “Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 kV-luq 2x10 MVA gücündə "Karxana" yarımstansiyasının 110/35/6 kV-luq 2x40 MVA gücündə yenidənqurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması (TƏKRAR ELAN) tenderinin qalibi “Smart Energy Services” MMC (VÖEN: 1504953841) qalib elan olunub.
Qalib şirkətlə 14 987 836 manat məbləğində satınalma müqaviləsi imzalanıb.