“Azərişıq” ASC “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Mayak, Qırmızı şəfəq, Yenikənd kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” və “Ağcabədi rayonu, Pərioğlanları və Hacıbədəlli kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi “Smart Energy Services” MMC, ikinci tenderin qalibi “İTES Company” QSC olub.
Qurum şirkətlərlə müvafiq olaraq birinci tender üzrə 1 milyon 507 min 813 manat, ikinci tender üzrə 3 milyon 475 min 628 manat dəyərində müqavilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 4 milyon 983 min 441 manat təşkil edir.