“Azərişıq” ASC “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Masallı rayonu Tatyanoba, Güllütəpə, Yeni Zuvand, Əmirtürbə, Meşəkənarı və Məmmədxanlı kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” və “Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Cəlilabad rayonu Çünzəli, Qaraağac, İncilli, Xəlilabad kəndləri ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Smart Energy Services” MMC olub.
Şirkətlə birinci tender üzrə 4 milyon 127 min 988, ikinci tender üzrə 2 milyon 601 min 896 manat dəyərində müqavilə imzalanıb.
Bağlanmış tenderlərin ümumi dəyəri 6 milyon 729 min 884 manat təşkil edib