Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması bağlı təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, həmin sorğuda 2023-cü il ərzində Bakı şəhəri (Səbail və Nizami rayonları) və Gəncə şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.
Qalib şirkət isə “TAİS İKF” MMC (VÖEN: 1400019741) seçilib.
Şirkətlə 12 704 454 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “TAİS İKF” MMC daha öncə də qurumun 6 616 245 manat dəyərindəki "Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı" tenderinin qalibi olub.