Azərbaycanda birdəfəlik tutumundan istifadə səviyyəsinin ən aşağı olduğu 10 rayon məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdim olunan statistikaya əsasən, ən aşağı göstəricinin 1,3 faizlə Lerik rayonunun payına düşdüyü məlum olur.
Növbəti pillələrdə 1,4 faizlə Gədəbəy rayonu,sonra isə 1,6 faizlə Yevlax rayonu qərarlaşıb. Ardıcıllığa əsasən, Daşkəsən rayonunda bu göstərici 1,9 faiz, Neftçala rayonunda isə 2,0 faiz olaraq qeydə alınıb.
Balakən rayonu 2,2 faiz, Oğuz rayonu 2,7 faiz, Yardımlı rayonu 2,8 faizlik istifadə səviyyəsi ilə yer alıb.
Ən zəif onluğu tamamlayan müvafiq olaraq Saatlı və Qazax rayonları gəlir ki, onların hər ikisində birdəfəlik tutumdan istifadə səviyyəsi bərabər olmaqla 3,0 faiz təşkil edir.












