“Azərenerji” ASC tərəfindən keçirilən iri məbləğli tender yekunlaşıb.
AYNA 280 xarici qonağın qəbulu üçün 137 min xərcləyəcək
FED.az xəbər verir ki, tender “Naxçıvan” və “Çeşməbasar” yarımstansiyalarının yenidən qurulması və Naxçıvan Enerji Baş İdarəsinin inşası ilə bağlı xidmətlərin satın alınması üçün keçirilib. Tender nəticəsində qalib “Azconstruction” QSC (VÖEN: 1902376131) şirkəti seçilib.
Qalib şirkətlə “Azərenerji” ASC arasında bağlanan müqavilənin ümumi dəyəri isə nə az, nə çox 46 572 066 manat təşkil edir.
Qeyd edək ki, “Azconstruction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Təranə Əliyeva Tahir qızıdır. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187b ünvanında yerləşir.