Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) növbəti tenderini yekunlaşdırıb.
İştirakçı azlığı "DOST" Agentliyinin tenderlərini yarımçıq qoydu - DETALLAR
FED.az xəbər verir ki, tender çərçivəsində beynəlxalq yük və sərnişin daşımalarının təşkili çərçivəsində xarici ölkə vətəndaşlarının qonaqlama xərcləri üçün müxtəlif növ xidmətlərin satın alınması nəzərdə tutulub. Tenderin qalibi “RR Travel Company” MMC (VÖEN: 1305786331) seçilib.
Qaıib şirkət ilə 137 130 manat dəyərində müqavilə imzalanıb.
Müqavilənin əsas predmeti qonaqlama xərcləri üçün müxtəlif növ xidmətlərin göstərilməsidir. Buraya ümumilikdə 280 nəfərin yeməklə təmin olunması, gecələməsi və digər əlaqəli xidmətlər daxildir.
Qeyd edək ki, “RR Travel Company” MMC 2018-ci ildə yaradılıb və hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 35, mənzil 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır. Nizamnamə kapitalı 10 AZN-dir.