Bu ilin ilk 8 ayında Azərbaycandan 135,6 milyon dollar həcmində 48 min 51 ton alüminium ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 463 min dollar və ya 0,3% çoxdur, miqdar ifadəsilə isə 2 min 392 ton, başqa sözlə 4,7% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 135,1 milyon dollar dəyərində 50 min 443 ton alüminium ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4 manat 79 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 55 qəpik idi. Bu da illik müqayisədə 24 qəpik və ya 5,3% bahalaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,79%-u, qeyri-neft sektoru üzrə ixracın isə 5,65%-i alüminiumun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,74% olub.