Bu ilin ilk 8 ayında Azərbaycandan 21,1 milyon dollar həcmində 9 min 137 ton pambıq iplik ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,6 milyon dollar və ya 14,5%, miqdar ifadəsilə isə 1 min 881 ton, başqa sözlə 26% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 18,4 milyon dollar dəyərində 7 min 256 ton pambıq iplik ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq ipliyin 1 kiloqramının orta ixrac qiyməti 3 manat 93 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 31 qəpik idi. Bu da illik müqayisədə 38 qəpik və ya 8,8% ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,12%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,88%-i pambıq ipliyin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,10% olub.