İcbari Tibbi Sığorta Agentliyi "Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materiallarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Medeks" MMC şirkəti olub. (VÖEN: 1501173171).
Qalib şirkətə 987 min 869 manat ödəniləcək.
Qeyd edək ki, "Medeks" MMC bundan əvvəl də agentliyin 8 tenderinin qalibi olub.
Şirkətlə 2021-ci ildən indiyədək 17 tender üzrə satınalma müqaviləsi imzalanıb.