İcbari Tibbi Sığorta Agentliyi "Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materiallarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib"JBA Group" MMC şirkəti olub. (VÖEN: 1305276401).
Qalib şirkətə 826 min manat ödəniləcək.
"JBA Group" MMC bundan əvvəl də agentliyin "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması" tenderinin qalibi olub. Həmin tender üzrə şirkətlə 185 min 225 manatlıq müqavilə imzalanıb (12.01.2023)
"JBA Group" MMC ilə 2021-ci ildən indiyədək 30 tender üzrə satınalma müqaviləsi imzalanıb.