Dövlət Məşğulluq Agentliyi publik hüquqi keçirdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət qurumu ofis icarəyə götürdü - MƏBLƏĞ
FED.az xəbər verir ki, tender anbar xidmətlərinin satınalınması ilə bağlı olub. Tenderin qalibi “Abşeron Express” MMC (VÖEN: 1101627341) olub.
Qalib şirkətə 1 917 719 manat ödəniləcək.
Tender şərtlərinə əsasən, anbar sahəsi ümumilikdə 14 000 kvadratmetr olmalı və Bakı şəhəri və Abşeron rayonunun inzibati ərazisində yerləşməlidir. Müqaviləyə uyğun olaraq xidmətin icra müddəti 18 ay ərzində həyata keçirilməlidir.
Qeyd edək ki, “Abşeron Express” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 500 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Çingiz Cəfərov Aydın oğludur. Hüquqi ünvanı AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, ev 57 ünvanında yerləşir.