İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və tikinti prosesləri çərçivəsində “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi iki tenderin qalibini müəyyənləşdirib.
Cəbrayılda “Ağıllı Tinglik” və “Dostluq Meşəsi” üçün 4,2 milyonluq layihəyə start verildi
FED.az xəbər verir ki, birinci tender çərçivəsində, “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı qalib olub. Şirkət Ağdam şəhərinin 5-ci fazası üzrə yaşayış məhəllələrinin tikintisinə müəllif nəzarəti xidmətini yerinə yetirəcək. Bu xidmət üçün ayrılan məbləğ 350.956,78 AZN təşkil edir.
İkinci tenderdə isə, “Reflect Architects” MMC qalib seçilib. Şirkətə Ağdam rayonu ərazisində yerləşən Eyvazxanbəyli kəndinin işçi layihələrinin optimallaşdırılması işi həvalə olunub. Bu xidmətin müqabilində şirkətə 167.689,45 AZN ödəniləcək.