Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi Ağdam şəhərində yaşayış binalarının inşası ilə bağlı ümumi dəyəri 18,6 milyon manatdan artıq olan iki açıq tender elan edib.
Ağdamda binaların tikintisi ilə bağlı 48,5 milyonluq - TENDERLƏR ELAN EDİLDİ
FED.az xəbər verir ki, hər iki layihə üzrə müsabiqədə iştirak haqqı 1.500 manat təşkil edir və təkliflərin təqdim olunma son tarixi 22 may 2025-ci il, saat 12:00-dır. Zərflərin açılışı da həmin tarixdə və eyni saatda baş tutacaq.
Birinci tender “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlıdır. Bu tender üzrə ehtimal olunan satınalma dəyəri 9.476.492,18 manat təşkil edir. Müsabiqənin əlaqələndirici şəxsi Baş məsləhətçi vəzifəsində çalışan Tural Rzayev olaraq göstərilib. Onunla [email protected] elektron ünvanı və +99455 489 98 20 nömrəsi ilə əlaqə saxlamaq olar.
İkinci tender isə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlıdır. Bu layihənin ehtimal olunan dəyəri isə 9.188.035,97 manatdır. Burada əlaqələndirici şəxs Baş məsləhətçi Zabil Vəliyev olaraq qeyd olunub. Onunla [email protected] e-poçtu və +994 50 466 12 66 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.