Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində fəaliyyətlərini davam etdirir.
Turizm Agentliyi 10 xarici ölkənin jurnalistləri üçün 1,3 milyon manatlıq səfərlər təşkil edəcək
FED.az xəbər verir ki, qurum Ağdam şəhərinin 5-ci yaşayış massivində dörd məhəllə üzrə binaların tikintisi ilə bağlı ümumilikdə 4 açıq tender elan edib. Bu layihələrin ümumi ehtimal olunan dəyəri 48,5 milyon manatdan çox təşkil edir.
1. Məhəllə O-122 üzrə binaların tikintisi işləri
Layihənin ehtimal olunan qiyməti 10.037.878,05 AZN olaraq göstərilib. Maraqlanan şirkətlər təkliflərini 05 iyun 2025-ci il saat 12:00-dək təqdim etməlidirlər. Eyni tarix və saatda zərflərin açılışı baş tutacaq. İştirak haqqı 1505,68 AZN olaraq müəyyən edilib. Satınalan təşkilatla əlaqələndirici şəxs Baş məsləhətçi Fərid Əzizovdur ([email protected], +994 50 6723777).
2. Məhəllə O-140 üzrə binaların tikintisi işləri
Bu layihə üçün 10.046.914,00 AZN vəsait nəzərdə tutulub. Təkliflərin təqdim olunması və zərflərin açılış tarixi eyni gündə - 05 iyun 2025-ci il saat 12:00-da baş tutacaq. İştirak haqqı isə 1507,04 AZN təşkil edir. Əlaqələndirici şəxs Baş məsləhətçi Emil Quliyevdir ([email protected], +994 50 6400004).
3. Məhəllə O-120 üzrə binaların tikintisi işləri
Bu tenderin məbləği digərlərindən daha yüksəkdir – 17.328.548,04 AZN. Təkliflərin təqdim olunması və açılış vaxtı yenə 05 iyun 2025, saat 12:00. İştirak haqqı: 2599,28 AZN. Əlaqə üçün məsul şəxs Baş məsləhətçi Zabil Vəliyevdür ([email protected], +994 50 466 12 66).
4. Məhəllə O-128 üzrə binaların tikintisi işləri
Bu layihənin ehtimal olunan dəyəri 11.051.927,35 AZN-dir. Təkliflərin qəbulu və zərflərin açılışı 05 iyun 2025, saat 12:00-da həyata keçiriləcək. İştirak haqqı: 1657,79 AZN. Bu tender üzrə əlaqə üçün məsul şəxs Baş məsləhətçi Tural Rzayevdir ([email protected], +994 55 4899820).