“Azərişıq” ASC “Ağdam rayonu Eyvazxanbəyli kəndinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işləri” tenderinin nəticələrini elan edib.
Xocavənd rayonunda 8 milyona yarımstansiya tikiləcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub.
Qalib şirkətə 1 548 835 manat ödəniləcək.
Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20 ünvanında yerləşir.