“Azərişıq” ASC “Xocavənd rayonu, Zoğalbulaq yaşayış məntəqəsi ərazisində 35 kV-luq "Zoğalbulaq" yarımstansiyasının tikintisi və dairəvi sxemin bir hissəsini təşkil edəcək Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) xəttinin çəkilməsi” tenderinin nəticələrini elan edib.
Cəbrayılın 3 kəndinin elektrik təchizatı 10 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub.
Qalib şirkətə 7 594 971 manat ödəniləcək.
Qeyd edək ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 165 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur. Hüquqi ünvanı AZ1069, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20 ünvanında yerləşir.