Dövlət Turizm Agentliyi iki açıq tender elan edib.
Qarabağda yeni həyata adaptasiya üçün böyük layihə - 3 MİLYONLUQ TENDER
FED.az xəbər verir ki, tenderlər çərçivəsində Avropa, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətləri nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili planlaşdırılır.
Birinci tender Avropadan və Birləşmiş Krallıqdan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını nəzərdə tutur. Layihənin ehtimal olunan dəyəri 537.861,70 AZN təşkil edir.
Detallar:
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 16.05.2025, saat 12:00
Zərflərin açılış tarixi və vaxtı: 16.05.2025, saat 12:00
İştirak haqqı: 450 AZN
Tender çərçivəsində təşkil ediləcək səfərlər:
-
İtaliyadan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün səfərlər
-
Polşa, Çexiya və Macarıstandan nümayəndələr üçün tanıtım turları
-
Almaniya, Avstriya və İsveçrədən qonaqların iştirakı ilə səfərlər
-
Birləşmiş Krallıqdan gələnlər üçün xüsusi tanışlıq proqramları
İkinci tender isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasını əhatə edir. Bu layihənin ehtimal olunan dəyəri 847.319,06 AZN-dir.
Detallar:
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.05.2025, saat 12:00
Zərflərin açılış tarixi və vaxtı: 14.05.2025, saat 12:00
İştirak haqqı: 450 AZN
Tender çərçivəsində nəzərdə tutulan səfərlər:
-
Səudiyyə Ərəbistanından gələn nümayəndələr üçün səfərlərin təşkili
-
Birləşmiş Ərəb Əmirliklərindən gələn jurnalist və turizm nümayəndələri üçün tanışlıq proqramları