Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən keçiirlən tender ləğv olunub.
Dövlət qurumundan “Azfar Med” şirkətinə 28,5 milyonluq – SİFARİŞ
FED.az xəbər verir ki, sözügedən tender “Ağdam şəhərində Mərkəzi parkın tikintisi işləri”nin satın alınması məqsədilə elan edilmişdi. Tenderin ləğv edilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 13.03.2025-ci il tarixli AİBNDA/SQ-742/2025 nömrəli qərarı əsas olub.
Tender prosedurunun detallarına nəzər saldıqda görülür ki, işlərin ehtimal olunan qiyməti 8.752.060,49 AZN təşkil edirdi. Müsabiqə rəsmi olaraq 08.01.2025 tarixində, saat 13:17-də dərc edilmişdi. İddiaçıların təkliflərini təqdim etməsi üçün son tarix 17.01.2025, saat 11:00 olaraq müəyyən olunmuş, zərflərin açılması da həmin gün və saatda planlaşdırılmışdı.
Qeyd edək ki, tenderin ləğv olunması nəzarət orqanının müdaxiləsi nəticəsində baş verib.