İnnovasiya və Təchizat Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Mərkəzi Bankın 241 min manatlıq tenderi yarıda qaldı - TENDER NİYƏ LƏĞV OLUNDU?
FED.az xəbər verir ki, tenderin qalibi "Azfar Med" QSC olub. Şirkət bu tender çərçivəsində 28.508.475,5 manat məbləğində müqavilə imzalayıb.
Sözügedən tender “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat mallarının” alınmasını əhatə edir.
Xatırladaq ki, İnnovasiya və Təchizat Mərkəzi bu istiqamətdə artıq əvvəl də bir tenderə yekun vurmuşdu. Belə ki, 13 yanvar 2025-ci il tarixində hemodializ prosedurunda istifadə edilən hemodializ cihazlarının alınması məqsədilə keçirilən tenderin nəticələri açıqlanmışdı. Həmin tender çərçivəsində isə "Azfar Med" QSC ilə 3.112.427 manat dəyərində müqavilə bağlanmışdı.
Beləliklə, yalnız bu iki tender nəticəsində İnnovasiya və Təchizat Mərkəzi xroniki böyrək çatışmazlığının müalicəsi üçün avadanlıq və sərfiyyat mallarının təminatı sahəsində ümumilikdə 31,6 milyon manatdan çox vəsait qazanmış oldu.
Qeyd edək ki, “Azfar Med” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Toğrul Taği-Zadə Eldar oğludur. Hüquqi ünvanı AZ1007, Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət, ev 81, m. 6 ünvanında yerləşir.