Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam rayonu üzrə iki iri məbləğli açıq tender elan edib.
Dövlət Agentliyi 5,3 milyonluq avtomobillər alır - TENDER ELANLARI, ŞƏRTLƏR
FED.az xəbər verir ki, birinci tender “Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə su-kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin satın alınması”na aiddir. Tenderin ehtimal olunan dəyəri 4 194 039 manat təşkil edir. Təkliflərin qəbulu 18 sentyabr 2025-ci il saat 12:00-dək davam edəcək və həmin vaxt zərflərin açılışı baş tutacaq. Müsabiqədə iştirak haqqı 1000 manat olaraq müəyyən edilib. Bu tender üzrə məsul şəxs şöbə müdiri Emil Quliyevdir (əlaqə: [email protected], +994 50 640 00 04).
İkinci tender isə “Ağdam rayonu, 4-cü mərhələ üzrə transformator məntəqələrinin və xarici elektrik təchizatının tikinti-quraşdırma işləri” ilə bağlıdır. Bu tenderin ehtimal olunan dəyəri isə 4 311 826 manatdır. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı yenə də 18 sentyabr 2025-ci il saat 12:00-da olacaq. Müsabiqədə iştirak haqqı 1000 manat təşkil edir. Bu satınalma üzrə əlaqələndirici şəxs isə baş məsləhətçi Fərid Əzizovdur (əlaqə: [email protected], +994 50 672 37 77).
Beləliklə ümumilikdə 8 505 865 manatlıq abadlıq və tikinti işləri ilə bağlı xidmətlər satın alınacaq.