Minatəmizləmə Agentliyi (ANAMA) yeni tenderlər elan edib.
Dövlət qurumları avtomobilləri kimdən alırlar? – TENDERLƏR, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, Agentlik tərəfindən xüsusi təyinatlı avtomobillərin satın alınması məqsədilə 3 ədəd tender elan olunub.
Birinci tender çərçivəsində 25 ədəd pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələrinin alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan dəyəri 2 360 000 AZN təşkil edir. Bu müsabiqə üzrə iştirak haqqı 1 000 AZN müəyyən olunub. Təkliflərin son təqdim edilmə tarixi və zərflərin açılışı 16 sentyabr 2025-ci il, saat 17:15-də baş tutacaq.
İkinci tender minaaxtaran itlərin daşınması üçün 20 ədəd pikap tipli xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınması ilə bağlıdır. Bu satınalmanın ehtimal olunan dəyəri 1 702 000 AZN olaraq müəyyən edilib. İştirak haqqı 600 AZN təşkil edir. Təkliflərin qəbulu və zərflərin açılışı 16 sentyabr 2025-ci il, saat 17:00-da həyata keçiriləcək.
Üçüncü elan isə 15 ədəd pikap-sərnişin tipli xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasını əhatə edir. Bu tenderin ehtimal olunan dəyəri 1 301 500 AZN təşkil edir. Müsabiqədə iştirak haqqı 600 AZN olaraq təyin olunub. Təkliflərin təqdim olunması və açılışı 16 sentyabr 2025-ci il, saat 17:30-da baş tutacaq.
Üç tenderin ümumi ehtimal olunan dəyəri 5 363 500 AZN təşkil edir və ümumilikdə 60 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsinin alınması planlaşdırılır.
Hər üç tender üzrə əlaqələndirici şəxs ANAMA-nın şöbə müdiri Tural Gülüşovdur.
Əlaqə vasitələri: [email protected], telefon +994 55 455 31 30.