"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ tərəfindən Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusunun tikintisi üzrə elan edilmiş açıq tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "T.T.Ş.-İnşaat" MMC olub. Müqavilənin ümumi dəyəri 37 772 139 manat təşkil edir. Ehtimal olunan qiymət isə 53 290 299 manat idi.
Qeyd edək ki, "T.T.Ş.-İnşaat" MMC bundan əvvəl (14.08.2025) həmin qurumun Astara şəhərində elan etdiyi iri layihənin də qalibi olub. Şirkət “Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin tikintisi üçün 41 495 129 manat dəyərində müqavilə imzalayıb.
Beləliklə, şirkət son dövrlərdə ümumi dəyəri 79 267 268 manat olan dövlət sifarişlərini qazanıb.











