Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ (VÖEN – 3201635961) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Ağdam rayonunun Xıdırlı kəndində Ailə sağlamlıq mərkəzinin (Həkim tibb məntəqəsi, Təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayış üçün qonaq evi) tikinti işləridir. Ehtimal olunan qiymət 1 392 067 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 3 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Fərid Əzizov - Satınalma üzrə Baş məsləhətçi
[email protected]
+994 50 672 37 77
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 3 mart 2026-cı il tarixinə qədər Ağdam şəhəri ünvanına təqdim edə bilərlər.











