Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-122 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Rabitəinşaat" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 9 milyon 726 min 734 manat təşkil edir. Ehtimal olunan qiymət isə 10 milyon 37 min 878 manat idi.
Qeyd edək ki, "Rabitəinşaat" ASC dövlət satınalmalarında, xüsusilə Qarabağ zonasındakı bərpa işləri ilə bağlı tenderlərin qalibi olur. Şirkətin qalib gəldiyi digər iri layihələr aşağıdakılardır:
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 8-ci məhəllə üzrə 102 mənzildən ibarət binaların tikintisi üzrə keçirilən tenderin qalibi olub. Müqavilənin dəyəri 13 milyon 771 min 247 manat təşkil edib (04.06.2024).
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması işləri üzrə tenderdə qalib gəlib. Müqavilənin məbləği 10 milyon 59 min 902 manat olub (14.06.2024).
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən respublikanın bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması üzrə tenderin qalibi seçilib. Müqavilənin dəyəri 1 milyon 4 min 847 manat təşkil edib (07.12.2024).
Qeyd edək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.











