Ağcabədi Suvarma Sistemləri İdarəsi "Azərtans" MMC (VÖEN: 4200338081) ilə satınalma müqaviləsi imzalanıb.
FED.az xəbər verir ki, həmin müqavilədə subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonun qazılması, elektrik təsərrüfatlarının təmiri, su sayğaclarının quraşdırılması və abadlıq işləri) nəzərdə tutulur.
Qalib şirkətə 835 min manat ödəniləcək.