Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi rəqəmsal həllərin formalaşdırılması, modernləşdirilməsi və dayanıqlı fəaliyyətinin təmin edilməsi xidmətləri üzrə keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "EDUMEDİA-AZƏRBAYCAN" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə 3 221 819 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 3 416 602 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "EDUMEDİA-AZƏRBAYCAN" MMC bundan əvvəl də qurumun yeni informasiya sistemlərinin yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı 12 noyabr 2025-ci il tarixində keçirdiyi 1 646 196 manatlıq tenderin qalibi olub.
Qeyd edək ki, “Edumedia-Azərbaycan” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 60 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan Abasov Rafis oğludur. Hüquqi ünvanı AZ1102, Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar, ev 19 B, m. 29 ünvanında yerləşir.












