4 saylı Bakı DOST Mərkəzi üçün iki yeni satınalma elan edildi.
Bu şirkət tibbi qurumu 15 milyon manatlıq dərmanlarla təmin etdi
FED.az xəbər verir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) 4 saylı Bakı DOST Mərkəzi üzrə iki ayrı layihə çərçivəsində açıq tender elan edib. Hər iki tender mərkəzin infrastrukturunun yaxşılaşdırılması və funksional şəraitin gücləndirilməsinə xidmət edir.
Birinci tender mərkəzin inzibati binasının giriş hissəsində yerləşən pilləkənlərdə məhəccərlərin quraşdırılması işlərinin satın alınmasını əhatə edir. Layihənin ehtimal olunan dəyəri 8.602,20 AZN təşkil edir. Müsabiqədə iştirak üçün müəyyən edilmiş tender sənədlərinin alınması haqqı 17 AZN-dir. Maraqlı tərəflər təkliflərini 23 iyul 2025-ci il saat 17:00-dək təqdim edə bilərlər. Elə həmin gün zərflərin açılması da planlaşdırılıb.
İkinci tender isə 4 saylı Bakı DOST Mərkəzində atriumun bərpa işlərinin satın alınmasına aiddir. Bu layihənin ehtimal olunan dəyəri 57.735,48 AZN, iştirak haqqı isə 115 AZN-dir. Təkliflərin qəbul müddəti 24 iyul 2025-ci il saat 17:00-da başa çatır, zərflərin açılması da eyni tarixdə aparılacaq.
Hər iki tender üzrə əlaqələndirici şəxs Sücayət Əliyevadır (aparıcı mütəxəssis).
Əlaqə üçün e-poçt ünvanı: [email protected], telefon: +994 12 525 50 26.