“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan edilmiş tenderə yekun vurulub.
SHXÇDX 996 minə avtomobillər və avtobuslar aldı - DETALLAR
FED.az xəbər verir ki, sözügedən tender “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin satın alınması” üzrə elan edilmişdi.
Satınalma müsabiqəsinin qalibi "Zeytun Pharmaceuticals" MMC olub. Şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 15.259.043,98 AZN təşkil edir.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.