Şəki şəhər İcra Hakimiyyəti tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Kapitalı 10 manat olan şirkət - 600 MİN MANATLIQ TENDER UDDU
FED.az xəbər verir ki, tenderin qalibi "Abadlıq Təmir Təmizlik" MMC olub.
İcra hakimiyyəti 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işlərinin satınalınması üçün şirkətə 566 min 583 manat ödəyəcək.
Eləcə də bax: Cəmi 2 manat kapitalı olan şirkət - 50 MİN MANATLIQ TENDERİ QAZANDI
Qeyd edək ki, "Abadlıq Təmir Təmizlik" MMC 5 fevral 2019-cu ildə 10 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Hafiz Əfəndizadə Amil oğludur.
Eləcə də bax: Kapitalı 1,6 manat olan şirkət – YARIM MİLYONLUQ TENDER UDDU
Dövlət satınalma saytına görə, "Abadlıq Təmir Təmizlik" MMC-nin indiyədək qazandığı hər 3 tender Şəki İcra Hakimiyyətinə aiddir.
Belə ki, "Abadlıq Təmir Təmizlik" MMC Şəki İcra Hakimiyyətinin 6 iyul 2020-ci il tarixində 421 min 314 manatlıq “Şəki Şəhərində abadlıq işləri” tenderini və qeydiyyata alındığı gündən 3 gün sonra yəni, 8 fevral 2019-cu il tarixində 284 min 648 manatlıq “Abadlıq , yolların və mənzil fondunun əsaslı təmiri işləri” tenderini qazanıb.
Şəki İcra Hakimiyyəti "Abadlıq Təmir Təmizlik" MMC-yə 3 tender üçün 1 milyon 272 min 545 manat ödəyib.