Salyan rayon İcra Hakimiyyəti yol təmiri tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Cəmi 2 manat kapitalı olan şirkət - 50 MİN MANATLIQ TENDERİ QAZANDI
FED.az xəbər verir ki, icra hakimiyyətinin tenderini "Dizayn İnşaat Group" MMC qazanıb.
İcra hakimiyyəti yolların əsaslı təmiri üçün şirkətə 597 min manat ödəyəcək.
Qeyd edək ki, "Dizayn İnşaat Group" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçi Vüsal Osmanov Ağamecid oğludur. MMC 07.10.2019 tarixində qeydiyyata alınıb.