Lerik rayon İcra Hakimiyyəti məktəb tikintisi üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Kapitalı 10 manat olan şirkət - 600 MİN MANATLIQ TENDER UDDU
FED.az xəbər verir ki, tenderi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti qazanıb.
İcra hakimiyyəti Lerik rayon Boykəndil kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün şirkətə 535,6 min manat ödəyəcək.
Qeyd edək ki, "Elnur-2" şirkəti 11 fevral 1994-cü ildə 1,6 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Zaur Abıyev Niyaz oğludur.