Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Eləcə də bax: Yeni təhsil naziri təyin edildi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu posta təyinat alan Emin Əmrullayev Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirib.
ABŞ-ın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alıb.
Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyinin həmtəsisçisi olub.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sonradan o, Ceyhun Bayramovun əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Emin Əmrullayev peşəkar təhsil işçisi kimi tanınır.
Ailəlidir, iki övladı var. (Oxu)